Kateqoriyalar
Sırala
ID 0120553

Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı

Bakı küçələrində müşahidə olunan turist artımı  şəhərə xüsusi canlılıq və ab-hava qatır. Son illərdə turizm sahəsində müşahidə olunan yüksəliş 2024-cü ildə zirvəyə çatıb. Belə ki,  Azərbaycan son 5 ilin ən yüksək göstəricisinə imza ataraq 1 milyon 855,1 min nəfər turist qəbul edib. 2025-ci ilin birinci yarısında isə ölkəyə 842 466 nəfər turistin səfər etdiyi açıqlanıb. Statistikaya görə, ölkəmizə ən çox turist axını olan ölkələrdən birincisi Rusiya, ikincisi isə Hindistandır. Bu artım Azərbaycanın zəngin mədəni irsinin, tarixi abidələrinin və Bakının modern simasının dünyada daha çox tanınmasına şərait yaradır. Bununla yanaşı, turist axını ölkənin iqtisadi cəhətdən davamlı inkişafı və beynəlxalq nüfuzunun artmasını da təmin edir.

Digər fotolar
arrow-up