Metrologiya İnstitutunun yeni laboratoriyalarının açılış mərasimi
Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkənin metroloji infrastrukturunun inkişafı çərçivəsində 7 yeni etalon laboratoriyası açılıb. Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) prezidenti Lazizbek Saidoripov, TÜBİTAK rəhbəri Prof. Dr. Orhan Aydın, TÜBİTAK UME rəhbəri Mustafa Çetintaş, COOMET Katibliyinin rəhbəri Marat Yunusov, həmçinin millət vəkilləri və digər dövlət nümayəndələri iştirak ediblər.
