#vüsal şıxəliyev
Vüsal Şıxəliyev
Vüsal Şıxəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiridir. O, ölkədə biznes mühitinin təkmilləşdirilməsi və rəqabətqabiliyyətliliyin artırılması istiqamətində həyata keçirilən mühüm islahatların əsas koordinatorlarından biri hesab olunur.
V. Şıxəliyev eyni zamanda "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə Komissiya"nın Katibliyinin rəhbəridir. Onun fəaliyyəti rəqəmsal idarəçilik, iqtisadiyyatın liberallaşdırılması və beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi ilə birbaşa bağlıdır.