Kateqoriyalar
Sırala
ID 0122306

Bakının mərkəzində müşahidə edilən tıxac

Tədris ilinin başlanması ilə paytaxt küçələrində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, xüsusilə məktəblər, bağçalar və ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə daha çox nəzərə çarpır. Belə olan halda sürücülərin, valideynlərin, şagird və tələbələrin həm təhlükəsizlik, həm də vaxt itkisinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi əməl etmələri son dərəcə vacibdir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirilir, bəzi küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. 

Digər fotolar
arrow-up