Kateqoriyalar
Sırala
ID 0122407

"GranFondo Başkent" velosiped yarışının qalibi Natalya Vallek

Avqustun 24-də Ankarada (Türkiyə) Azərbaycan velosiped idmanı tarixində əbədi qalacaq "GranFondo Başkent" yarışı baş tutub. Yarışın mütləq qalibi “Gənc Peşəkar Velosipedçilər” İctimai Birliyinin üzvü Natalya Vallek olub. Natalya Vallek velosiped idman növünə 12 yaşından başlayıb. O, Azərbaycan millisinin üzvü olub. Daha sonra bu fəaliyyətini dayandırmağına baxmayaraq, Bakıda keçirilən "IronWind" triatlonunda iştirak edərək yenidən bu idmana qayıdıb. Natalya Vallek həmçinin 13 ildir MMA ilə məşğul olur. O, kikboksinq və taekvondo üzrə qara kəmər, həmçinin ciu-citsu üzrə mavi kəmərin qalibidir. Natalya Vallek eyni zamanda qaçış idman növü ilə də məşğul olur. O, 2023-cü ildə Türkiyədə keçirilən Efes Ultra Marafonunda 120 kilometrlik yarışda iştirak edərək Qafqazda bu məsafəni qət edən ilk qadın olub.

Digər fotolar
arrow-up