#gənc peşəkar velosipedçilər ictimai birliyi
Gənc Peşəkar Velosipedçilər İctimai Birliyi
Gənc Peşəkar Velosipedçilər İctimai Birliyi (İB) Azərbaycanda velosiped idmanının uşaqlar, yeniyetmələr və gənclər arasında təbliğini, kütləviləşdirilməsini, eləcə də peşəkar kadrların hazırlanmasını hədəfləyən təşkilatdır.
İctimai Birlik Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır. Birliyin əsas məqsədi sağlam həyat tərzinin təbliği, mikromobilliyin genişləndirilməsi və velosipedin ekoloji təmiz nəqliyyat vasitəsi kimi populyarlığının artırılmasına töhfə verməkdir. İB regionlarda təlim-seminarlar keçirir, respublika və beynəlxalq yarışlarda iştirak edərək Azərbaycanın idman nüfuzunu artırır. Təşkilatın fəaliyyəti velosiped idmanının inkişafına layiqli töhfələr vermək üzərində qurulmuşdur.