Kateqoriyalar
Sırala
ID 0122539

Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş anım mərasimi

Bu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. 1885-ci il sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəyli dünyaya göz açıb. Anadan olmasının 140 illiyi ilə əlaqədar olaraq bəstəkarın Fəxri Xiyabanda məzarı ziyarət edilib. Ziyarətdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin kollektivi, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli 18 sentyabrın mədəniyyət tariximizin ən əlamətdar günlərindən biri olduğunu diqqətə çatdırıb. O, bu il də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini vurğulayıb.

Digər fotolar
arrow-up