“Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” adlı seminar
Sentyabrın 26-da Bakı şəhər prokurorluğu “Açıq qapı günü” və “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” adlı seminar keçirib. Tədbirdə Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşları, ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, habelə media nümayəndələri iştirak edib. Seminar çərçivəsində prokurorluq fəaliyyətində ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, eləcə də Azərbaycanın dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının rolu müzakirə olunub. Tədbirdə prokurorluq işinin praktiki nüansları, vətəndaş müraciətlərinə baxılması və ictimaiyyətlə əlaqələrin təşkili sahəsində real təcrübələr təqdim olunub.
Digər fotolar
