Kateqoriyalar
Sırala
ID 0123886

Heydər Əliyev Beynəlxalq Aeroportunda spottinq

25 sentyabr 2025-ci il tarixində Bakı – Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya həvəskarları və peşəkar fotoqraflar üçün "SkyLens Autumn 2025" adlı rəsmi spottinq təşkil olunub. İştirakçılar aerodrom ərazisinə xüsusi giriş əldə edərək təyyarələrin hərəkətini ən yaxın məsafədən müşahidə və çəkiliş imkanı qazanıblar. Tədbir aviasiya mədəniyyətinin təbliği, gənc fotoqraflara dəstək göstərilməsi və aeroport icması ilə ictimaiyyət arasında yeni körpülərin yaradılması məqsədilə həyata keçirilib. Gün ərzində iştirakçılar tərəfdaş aviaşirkətlərin təyyarələrinin qalxma və enmə anlarını, yerüstü xidmətlərin iş prosesini lentə alıblar. 

Digər fotolar
arrow-up