Kateqoriyalar
Sırala
ID 0124194

III MDB Oyunları: Üzgüçülük üzrə yarışlar

Sentyabrın 28-də III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında üzgüçülük üzrə final görüşləri keçirilib. İlk olaraq qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə mükafatçılar müəyyənləşib. Rusiya təmsilçisi Anastasia Çernişova birinci, onun həmyerlisi Valeria Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutub. Azərbaycan üzgüçüsü Anastasiya Qnussina dördüncü yerlə kifayətlənib. Qadınların 100 metr məsafəyə "butterfly" üsulu üzrə üzməsində rusiyalı Yevgenia Sadovnikova qızıl, qazaxıstanlı Taissiya Korotkova gümüş, Azərbaycan təmsilçisi Mehri Əbdürəhmanlı bürünc medal əldə edib. Kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında da qaliblər bəlli olub. Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç müvafiq olaraq 2 və 3-cü yerləri tutublar. 200 metr məsafəyə dörd üslübdan ibarət fərdi üzgüçülük yarışında Rusiyalı İlya Lamşanov qızıl, belaruslu Maksim Maluşka gümüş mükafat əldə edib. Azərbaycan üzgüçüsü Yeqor Maynitski isə bürünc medal qazanıb. Bundan başqa, qadınların 200 metr məsafəyə bras üslubu üzrə yarışında Rusiya idmançısı Marya Lakovleva qızıl medal əldə edib. Belarusdan olan Valeriya Şulko ikinci, onun həmyerlisi Bajena Pivaş üçüncü olublar. Kişilər arasında 100 metr məsafəyə bras üslubu ilə üzmədə Belarus üzgüçüsü Vsevolod Sarakavik bütün rəqiblərini qabaqlayıb. Rusiyalı İlya Lamşanov ikinci, onun həmyerlisi Kiril Veremçuk üçüncü yeri tutub. Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışında ikinci olub gümüş medal qazanıb. Rusiyalı Aleksandr Filipets qızıl medal əldə edibsə, onun həmyerlisi Boqdan Toropkin üçüncü yerlə kifayətlənib. Qadınlar arasında arxasıüstə 200 metr məsafəyə üzmə yarışında rusiyalı Anastasia Kobzar birinci, qazaxıstanlı Marqarita Zaytseva və onun həmyerlisi Marqarita Rayenka növbəti pillələrdə qərarlaşıblar.

Digər fotolar
arrow-up