Kateqoriyalar
Sırala
ID 0124697

Əməkdar artist Cabir İmanovun vida mərasimi

Sentyabrın 29-da əməkdar artist Cabir İmanov vəfat edib. Onun idman zalında məşq edərkən infarkt keçirərək öldüyü qeyd olunub. Sentyabrın 30-da Şəhriyar adına Mədəniyyət Mərkəzində əməkdar artistlə vida mərasimi baş tutub. Mərhum sənətkarın yaxınları ilə yanaşı, sənət adamları və bir sıra rəsmilər də onunla vidalaşmağa gəliblər. Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində dünyaya gəlib. 1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru kimi fəaliyyət göstərib. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Teqlər
Digər fotolar
arrow-up