Kateqoriyalar
Sırala
ID 0125067

Orta əsrlərə aid olan "Qədim Şabran Şəhəri"

Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında yerləşən "Qədim Şabran Şəhəri" tarixi mənbələrə əsasən, V-VI əsrlərə aiddir. Şəhərin yaranması Xosrov I Ənuşiravanın adı ilə bağlıdır. Aparılan qazıntılar gostərir ki, Böyük İpək Yolu üzərində yerləşən bu şəhər iqtisadi və mədəni mərkəz kimi daim diqqət mərkəzində olub. Tez-tez yadellilərin basqınlarına məruz qalan və iqtisadi çətinliklərlə qarşılaşan "Qədim Şabran Şəhəri" XVIII əsrin ortalarında tarixin səhnəsindən silinib. Digər ehtimala görə isə buradan keçən Şabrançayın daşması nəticəsində şəhər məhv olub. Hazırda bu ərazidə şəhərin qalıqlarını görmək mümkündür. 

Digər fotolar
arrow-up