III MDB Oyunları: Batut gimnastikası üzrə yarışlar
Oktyabrın 2-də III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar keçirilir. Yarışda 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan) 45 idmançı mübarizə aparır. Azərbaycandan isə ümumilikdə 11 idmançı sözügedən idman növü üzrə yarışlara qatılıb. Qadın və kişi gimnastlar arasında keçirilən yarışlarda idmançılar fərdi proqramda bacarıqlarını nümayiş etdirirlər. Batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.
Digər fotolar
