III MDB Oyunları: Güləş üzrə yarışlar
Oktyabrın 3-də III MDB Oyunları çərçivəsində Gəncə Olimpiya İdman Kompleksində güləş üzrə yarışlar keçirilir. 40, 45, 46, 51, 53, 60, 61, 71, 92 kq çəki dərəcələrində qadın və kişilər arasında baş tutan qarşılaşmalar oktyabrın 7-dək davam edəcək. Bu idman növü üzrə III MDB Oyunlarında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan olmaqla 9 ölkə iştirak edir.
Digər fotolar
