Kateqoriyalar
Sırala
ID 0125436

Astaranın Sım kəndinə təşkil olunan mediatur

Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edilib. Mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizm imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdılıb. Agentlikdən qeyd olunub ki, Sım kəndində aqroturizm və kənddə ənənəvi arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, nümunəvi arıçılıq təsərrüfatının yaradılması və turizmə inteqrasiya olunması, eləcə də kənddə turizm infrastrukturunun və icma iştirakçılığının inkişafı üzrə DTA-nın dəstəyi ilə həyata keçirilən layihələr buranın turizm potensialının genişləndirilməsinə xidmət edir. Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov bildirib ki, Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib. Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünü yaxşılaşdırmaq, kəndi abadlaşdırmaq və bununla turizm və onun ətrafında məşğulluq imkanlarını genişləndirməkdir. Onun sözlərinə görə, Sım kəndinin İnfrastrukturunun inkişafı turist sayına da təsir göstərib. Statistikaya əsasən, son iki ildə yay fəslində hər ay bu kəndə 2 mindən çox turist gəlir. 

Digər fotolar
arrow-up