Kateqoriyalar
Sırala
ID 0127409

Hisslərlə ifa edilən handpan musiqi aləti

24 yaşlı Elrein Aman son illərin populyar musiqi alətlərindən biri olan handpan ifaçısıdır. O, musiqi ilə uşaqlıqdan maraqlansa da, handpan sənəti ilə məşğul olmağa təxminən 5 il əvvəl başlayıb. İfaçı handpanı “dövrümüzün qaval daşı” adlandırır. 2000-ci illərdə ortaya çıxan bu alət polad lövhədən hazırlanır və içərisi tamamilə boş olduğu üçün qədim qaval daşına bənzədilir. Musiqiçinin fikrincə, handpanın səsi insan hisslərini və duyğularını balanslaşdırır, insana səbr etməyi öyrədir və rahatlıq bəxş edir. O düşünür ki, hər kəs bu musiqini doğru ifadə edə bilməz. Çünki handpan yalnız texnika ilə deyil, həm də hisslərlə ifa olunmalıdır. Elrein Aman handpan sənəti ilə məşğul olan ifaçıların bu aləti hiss etmədikcə doğru ifa edə bilməyəcəklərinə inanır.

Digər fotolar
arrow-up