Kateqoriyalar
Sırala

#elrein aman

Elrein Aman

Elrein Aman handpan sənəti ilə məşğul olan 24 yaşlı gənc ifaçıdır. Son illərin ən populyar musiqi alətlərindən sayılan handpan (polad lövhədən hazırlanmış zərb aləti), öz unikal səsi ilə dinləyiciləri valeh edir. Uşaqlıqdan musiqiyə bağlı olan Elrein təxminən 5 ildir ki, bu alətlə peşəkar səviyyədə məşğul olur. İfaçı Handpanı "dövrümüzün qaval daşı" adlandırır. 2000-ci illərdə ortaya çıxmasına baxmayaraq, Handpanın daxili boşluğunun qədim qaval daşını xatırlatması bu müqayisəni yaradır. Elrein Amana görə, Handpan musiqisi insan hisslərini balanslaşdıraraq ona rahatlıq və səbr gətirir. O vurğulayır ki, handpanı doğru ifa etmək yalnız texniki bilik tələb etmir; bu, həm də daxili hisslərin ifadəsidir. Handpan sənətini dərindən hiss etməyən ifaçı əsl səsə nail ola bilməz.
arrow-up