Kateqoriyalar
Sırala
ID 0127469

Dövlət Turizm Agentliyinin Naxçıvana təşkil etdiyi mediatur

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına media nümayəndələrinin səfəri təşkil edilib. Mediaturun məqsədi Naxçıvanın çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir. Mediatur çərçivəsində Şahbuz rayonunda yerləşən "Ağbulaq" İstirahət Mərkəzinə səfər edilib. Məlumat verilib ki, dəniz səviyyəsindən 2078 metr yüksəklikdə yerləşən mərkəzdə ümumi uzunluğu 1600, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, süni qaryaratma sistemləri mövcuddur.

Teqlər
Digər fotolar
arrow-up