Kateqoriyalar
Sırala
ID 0127664

Beynəlxalq səyahətçilərdən ibarət qrupun Qarabağa növbəti səfəri

Extreme Traveler International Congress (ETIC) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayıb. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliya olmaqla 8 ölkədən gələn heyətdə Most Traveled People (MTP) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi Çarlz Veley (ABŞ) də təmsil olunur. Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır. 2021-2025-ci illərdə işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün Qarabağ və Şərqi Zəngəzura beynəlxalq səyahətçilərin 14 səfəri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir. Səyyahlar ilk növbədə Ermənistanın işğalı illərində Ağdamın dağıdılmış ərazilərinə baş çəkərək erməni vandalizmini və şəhərdə aparılan bərpa işlərini əyani şəkildə görə biliblər. Daha sonra qonaqlar Xankəndi şəhərinə səfər edib, Qarabağ Universitetinin fəaliyyəti ilə yaxından tanış olublar. Günün sonunda isə beynəlxalq səyyahlar Laçını ziyarət ediblər. Qonaqlar Qarabağın füsunkar mənzərələrinə tamaşa edib, həmçinin şəhərdə aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar.

Digər fotolar
arrow-up