#kolja spori
Kolja Spori
Kolja Spori Ekstremal Səyyahlar Beynəlxalq Konqresinin (ETIC - Extreme Traveler International Congress) qurucusu və rəhbəridir. O, 2009-cu ildə təsis etdiyi bu platforma vasitəsilə dünyanın ən çox səyahət edən şəxslərini bir araya gətirir. Sporinin və ETIC-in əsas missiyası etik və sistemli səyahəti təbliğ etmək, BMT-yə üzv 193 ölkəyə səfər etməkdir.
Kolja Spori həm də "qara turizm" çərçivəsində işğaldan azad edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınması üçün Azərbaycana mütəmadi səfərlərin təşkilində mühüm rol oynayır. Onun rəhbərlik etdiyi nümayəndə heyəti 2021-ci ildən bəri Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olur, bu bölgələrin tarixi və mədəni əhəmiyyətini dünya ictimaiyyətinə çatdırır. Spori Bakı, Füzuli, Şuşa, Ağdam və Xankəndi kimi şəhərləri ziyarət edərək, Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi unikal şəhərsalma modelinə heyranlığını ifadə edir.