Kateqoriyalar
Sırala
ID 0127691

Beynəlxalq səyahətçilərdən ibarət qrupun Qarabağ səfərinin ikinci günü

Extreme Traveler International Congress (ETIC) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa səfərinin ikinci günü başlayıb. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliya olmaqla 8 ölkədən gələn heyətin Şuşa və Füzuli şəhərlərinə səfəri planlaşdırılıb. Qonaqlar əvvəlcə Şuşa şəhərinin tarixi və mədəniyyəti ilə tanış olub, şəhərin işğalı zamanı Natəvan, Bülbül və Üzeyir Hacıbəyovun güllələnmiş büstlərinə baş çəkiblər. Daha sonra səyyahlar Şuşadakı Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Digər fotolar
arrow-up