Kateqoriyalar
Sırala
ID 0127705

Beynəlxalq səyahətçilərdən ibarət qrupun Qarabağ səfərinin ikinci günü

Extreme Traveler International Congress (ETIC) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa səfərinin ikinci günü başlayıb. ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliya olmaqla 8 ölkədən gələn heyətin Şuşa və Füzuli şəhərlərinə səfəri planlaşdırılıb. Səfər çərçivəsində qonaqlar Füzuli şəhərinə gəliblər. Beynəlxalq səyyahlar bölgədə Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən minatəmizləmə prosesi ilə tanış olublar. Onlara mina təhlükəsi və mülki əhali arasında çoxsaylı qurbanlar barədə məlumat verilib.

Digər fotolar
arrow-up