Kateqoriyalar
Sırala
ID 0127841

Bakı bulvarında sərgilənən nostalji buxar lokomotivi

Dənizkənarı Milli Parkda 1928-ci ilə aid olan buxar lokomotivi (parovoz) sərgilənir. SSRİ istehsalı olan bu lokomotiv 1950-ci illərin sonlarına qədər Azərbaycan Dəmir Yollarının istifadəsində olub. Ekstremal iqlim şəraitində işləmək qabiliyyətinə malik olan buxar qatarları vasitəsilə neft məhsulları limanlara və emal müəssisələrinə effektiv şəkildə çatdırılırdı. Sənaye inqilabında həlledici rol oynayan buxar qatarlarının istifadəsi elektrik və dizel lokomotivlərinin ortaya çıxması ilə dayandı.

Teqlər
Digər fotolar
arrow-up