Kateqoriyalar
Sırala
ID 0127885

"Ulduz" stansiyasında baş verən yanğın hadisəsinin 30-cu ildönümü

Bakı Metropoliteninin "Ulduz" və "Nərimanov" stansiyaları arasında 1995-ci il 28 oktyabr tarixində baş vermiş yanğın hadisəsinin 30-cu ildönümü anım tədbiri ilə qeyd edilib. Metronun "Ulduz" stansiyasında təşkil olunan tədbirdə metropoliten rəhbərliyi və kollektiv, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi və kursantları, hadisə zamanı həyatını itirənlərin valideynləri və yaxınları iştirak ediblər. Mərasimdə hadisə qurbanlarının, eləcə də insanların həyatının xilas edilməsində böyük fədakarlıq göstərən qəhrəmanlar - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev, liseyin kursantları Nicat Səfərov, Ruslan İsayev və Samir Məmmədovun xatirəsini əbədiləşdirən, hadisənin təfərrüatlarını özündə əks etdirən yeni memorial kompleks təqdim olunub. Mərasimdə "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, hadisə zamanı qəhrəmancasına həlak olanların ailə üzvləri və hadisənin şahidi olmuş metropolitençilər çıxış edib.

Digər fotolar
arrow-up