Kateqoriyalar
Sırala

#ulduz metrostansiyası

Ulduz metrostansiyası

"Ulduz" metrostansiyası Bakı Metropoliteninin Qırmızı xəttinin mühüm stansiyalarından biridir. 17 aprel 1970-ci ildə istismara verilən stansiya, memarları Ənvər Qasımzadə və E. Kanusov tərəfindən hazırlanmışdır. "Ulduz" sadə, lakin orijinal memarlığı ilə seçilir. Stansiyanın tavanı bir metrlik zolaqlardan ibarət mişaraoxşar işıq çıraqları ilə bəzədilib, ağ rəng isə işığın effektini gücləndirərək genişlik təəssüratı yaradır. Platforma boyunca uzanan 32 sütun çoxüzlü quruluşu ilə ənənəvi memarlığa müasir çalarlar gətirir. Döşəmədəki Azərbaycan xalçaçılıq elementləri əsasında qara, yaşıl qranit və ağ mərmər kompozisiyasından istifadə edilmişdir. Stansiyaya daxil olan qatarlarda məşhur bəstəkar Tofiq Quliyevin "Tez Gəl" mahnısından fraqment səslənir. Təəssüf ki, "Ulduz" stansiyasından "Nəriman Nərimanov" istiqamətində gedən qatarda 1995-ci il 28 oktyabr tarixində dünyanın ən böyük metro qəzası baş vermişdir.
arrow-up