Sabirabad Sənaye Məhəlləsinə təşkil olunan mediatur
Sabirabad Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə əraziyə mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlər “Azera Toxumçuluq” MMC-nin toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Qeyd olunub ki, müəssisə ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2000 ton arpa, 2000 ton buğda toxumu istehsalı gücünə malikdir.
Digər fotolar
