Kateqoriyalar
Sırala
ID 0128046

Cəbrayılın Horovlu kəndinə təşkil olunan mediatur

Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində Cəbrayılın Horovlu kəndinə səfər edilib. Mediaturda qeyd olunub ki, oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə kəndin açılış mərasimi olub və sakinlərə evlərin açarları təqdim edilib. Ümumi sahəsi 248 ha olan Horovlu kəndində 334 fərdi yaşayış evi inşa olunub. Evlər tam müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, günəş panelləri, yüksək sürətli internet şəbəkəsi və yollarla təmin edilib. I mərhələdə 94 hektar ərazidə 334 fərdi yaşayış evinin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik bağçanın, 2 mərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektləri və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. 

Digər fotolar
arrow-up