Kateqoriyalar
Sırala

#horovlu kəndi

Horovlu kəndi

Horovlu kəndi (Cəbrayıl rayonu), 2020-ci il 4 oktyabrda şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Düzənlik ərazidə yerləşən bu yaşayış məntəqəsi Cənubi Azərbaycandan köçən ailələr tərəfindən salınmışdır. İşğal dövründə tamamilə dağıdılan Horovlu Prezidentin "Böyük Qayıdış" Proqramı çərçivəsində yenidən qurulur. 2023-cü ilin may ayında təməli qoyulan kənddə artıq quruculuq işlərinin birinci mərhələsi yekunlaşıb. Layihə perspektivdə 3470 nəfərin məskunlaşmasını nəzərdə tutur. Hazırda 334 fərdi evin, 624 şagirdlik məktəbin, uşaq bağçasının və digər sosial obyektlərin tikintisi başa çatmışdır. Xüsusi diqqət yetirilən məqam isə kəndin dayanıqlı su təminatını təmin etmək üçün tarixi kəhrizlərin bərpasıdır. Horovlu müasir infrastruktura və Qarabağ memarlığı elementlərinə malik dayanıqlı kənd kimi dirçəldilir.
arrow-up