Kateqoriyalar
Sırala
ID 0128824

Bakı metropoliteninə gətirilən 3 yeni qatar

"Bakı Metropoliteni" QSC ən yeni texnologiyalar əsasında hazırlanmış sonuncu - IV nəslə mənsub daha 3 qatarı - 15 vaqonu xəttə buraxıb. Metrodakı texniki tələblər nəzərə alınmaqla hazırlanmış yeni vaqonların müasir mikroiqlim sistemi (kondisioner) ilə təchiz edilməsi, vaqonlararası birbaşa keçidlə sərnişin tutumunun 15 % artırılması, qapıların daha enli olması, açılıb-bağlanan zaman işıqlı xəbərdarlıq indikatorları ilə təmin olunması sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən əsas üstünlüklərdir. Yeni qatarların baş vaqonları 38, orta vaqonlarının hər biri isə 44 oturacaqlıdır. Baş vaqonda ümumilikdə sərnişin tutumu 315, orta vaqonlarda 329 nəfərdir. Vaqonlarda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri, həmçinin sərnişinlərin elektron qurğuları doldurması üçün USB yuvacıqlar mövcuddur. Hazırda sazlama və komplektləşdirmə işləri aparılan daha 15 vaqon 2025-ci ilin sonuna qədər xətlərə buraxılacaq. Bununla da Bakı metrosunda yeni nəsil vaqonların sayı 180-ə (36 qatar tərkibi) çatdırılacaq.

Digər fotolar
arrow-up