Kateqoriyalar
Sırala
ID 0129011

Dövlət Bayrağı Meydanında yerləşən Dövlət Bayrağı Muzeyi

Dövlət Bayrağı Meydanında yerləşən Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu il tarixində açılıb. 2024-cü ildə təmir-bərpa işlərindən sonra yeni görkəmdə və yeni tərtibatda fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyinin giriş hissəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya sərgilənir. Ödənişsiz olaraq fəaliyyət göstərən muzey altı sərgi salonundan ibarətdir. Sərgi salonlarında Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR-in bayraqları və gerbləri, müstəqillik dövrünü əhatə edən və Ümummilli Lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, mərasim geyim formaları və digər eksponatlar nümayiş olunur.

Teqlər
Digər fotolar
arrow-up