Kateqoriyalar
Sırala
ID 0129644

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov

Elvin Hüseynov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. O, 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Zabit İxtisas Kursunu müvəffəqiyyətlə bitirib, müxtəlif hərbi hissələrdə, daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətini davam etdirib. Müharibə qazisi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xüsusi döyüş əməliyyatlarını yerinə yetirərkən 2 dəfə yaralanıb, səhhəti ilə bağlı ehtiyata buraxılıb. Ölkə başçısının Sərəncamı ilə “İgidliyə görə” və digər medallarla təltif edilib. Zəfərdən bir ay sonra Prezidentin fərmanı ilə yaradılan “YAŞAT” Fonduna rəhbər təyin olunub.

Digər fotolar
arrow-up