#elvin hüseynov
Elvin Hüseynov
Elvin Ədalət oğlu Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş müharibə qazisidir. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yüksək hərbi təhsil almışdır.
E. Hüseynov 2006-2007-ci illərdə Zabit İxtisas Kursunu bitirdikdən sonra hərbi xidmətini müxtəlif hərbi hissələrdə, daha sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirmişdir. O, xüsusi döyüş əməliyyatlarını yerinə yetirərkən iki dəfə yaralanmış və səhhəti ilə bağlı ehtiyata buraxılmışdır. Vətən qarşısındakı xidmətlərinə görə, ölkə başçısının Sərəncamı ilə “İgidliyə görə” və digər medallarla təltif edilmişdir. Zəfərdən bir ay sonra Prezidentin Fərmanı ilə yaradılan və qazilərimizin, şəhid ailələrinin ehtiyaclarını qarşılamaq missiyasını daşıyan “YAŞAT” Fonduna rəhbər təyin edilmişdir.