Kateqoriyalar
Sırala
ID 0129803

Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsi

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib. Hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb. Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üzərinə tökülüb. İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub. Xətai Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov qeyd edib ki, sürüşmə zamanı xəsarət alan olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyin İdarə Heyətinin sədri Əli Əliyevin sözlərinə görə isə Əhmədli yamacı klassik sürüşmə zonası olduğu üçün bu cür hadisələr əvvəllər də baş verib. 

Digər fotolar
arrow-up