Kateqoriyalar
Sırala
ID 0130190

Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi

Bakıda Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) açılış mərasimi keçirilib. Festivalın keçirilməsində əsas məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir. Bu il artıq 5-ci dəfə keçirilən STEAM Azərbaycan Festivalı çərçivəsində 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar təşkil olunacaq. Festivalda iştirak məqsədilə ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib. Onlardan 4791 nəfəri yerli, 261 nəfəri isə 26 xarici ölkəni təmsil edən iştirakçıdır. 

Digər fotolar
arrow-up