Əməkdar artist Yadigar Muradovun dəfn mərasimi
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov vəfat edib. Aktyorla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilib. Daha sonra onun nəşi torpağa tapşırılmaq üçün Badamdar qəbiristanlığına aparılıb. Yadigar Muradov 1958-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1980-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1990-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışıb.
Digər fotolar
