Kateqoriyalar
Sırala
ID 0130575

Nadir əşyalarla zəngin 35 illik şəxsi kolleksiya

Natəvan Abdinova 1990-cı ildən müxtəlif əşyaların kolleksiyasını toplayır. Onun kolleksiyasına daxil etdiyi ilk əşya qədim samovar olub. Hətta həmin samovarı almaq üçün kifayət qədər büdcəsi olmadığından, ödənişi hissə-hissə edə bilib. Bu gün onun kolleksiyasında 1825-ci ilə aid samovar da daxil olmaqla, çoxsaylı qədim əşyalar yer alır. Burada, həmçinin oyuncaq maşınların kolleksiyası da mövcuddur. Muzeyə bənzəyən evdə hazırda 368 ədəd oyuncaq maşın yer alır. Kolleksiyanın digər hissəsini isə qədim ev əşyaları, müxtəlif qab-qacaqlar və məişət nümunələri təşkil edir.

Teqlər
Digər fotolar
arrow-up