Kateqoriyalar
Sırala
ID 0130643

Yasamaldakı binada baş verən yanğından son görüntülər

Noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində üç nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib. Binanın ustası Yusif Həsənovun sözlərinə görə, təxliyə qapısı vətəndaşların istifadəsində olmadığı üçün ölüm hadisəsi baş verib. O bildirib ki, yanğın avtomobillərin elektrikdoldurma cihazları üçün generatorların quraşdırıldığı şaxtada başlayıb. Binada yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovadır. Onun qızı 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti isə ağırdır. Bundan başqa, hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli və 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov da tüstüdən zəhərlənərək ölüblər.

Digər fotolar
arrow-up