Kateqoriyalar
Sırala
ID 0131033

Sənətkar ailəsində yetişən heykəltaraş Güntay Hüseynli

Sənətinə şəxsi düşüncələrini və daxili dünyasını ifadə etməyin ən təsirli yolu kimi yanaşan heykəltaraş Güntay Hüseynli 2009-cu ildən etibarən bu sahədə peşəkar fəaliyyət göstərir. Tanınmış rəssam Vaqif Ucatayın oğlu olan 30 yaşlı heykəltaraş uşaqlıq illərindən incəsənət mühitinin içində böyüyüb. Bu mühit onun yaradıcılıq dünyagörüşünün formalaşmasına, estetik zövqünün inkişafına və heykəltaraşlığa olan xüsusi marağının dərinləşməsinə səbəb olub. Güntay Hüseynli əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecini, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Hazırda isə sahəsi üzrə magistratura təhsili alır. O, gününün böyük hissəsini öz emalatxanasında keçirir. Bu günə qədər 40-a yaxın yaradıcı kompozisiyanın müəllifi olan Güntay Hüseynlinin əsərləri həm klassik heykəltaraşlıq ənənələrinə, həm də müasir sənət axtarışlarına söykənir. 

Teqlər
Digər fotolar
arrow-up