Kateqoriyalar
Sırala
ID 0131036

Sənətkar ailəsində yetişən heykəltəraş Güntay Hüseynli

Sənətinə şəxsi düşüncələrini və daxili dünyasını ifadə etməyin ən təsirli yolu kimi yanaşan heykəltəraş Güntay Hüseynli 2009-cu ildən etibarən bu sahədə peşəkar fəaliyyət göstərir. Tanınmış rəssam Vaqif Ucatayın oğlu olan 30 yaşlı heykəltəraş uşaqlıq illərindən incəsənət mühitinin içində böyüyüb. Bu mühit onun yaradıcılıq dünyagörüşünün formalaşmasına, estetik zövqünün inkişafına və heykəltəraşlığa olan xüsusi marağının dərinləşməsinə səbəb olub. Güntay Hüseynli əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecini, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Hazırda isə sahəsi üzrə magistratura təhsili alır. O, gününün böyük hissəsini öz emalatxanasında keçirir. Bu günə qədər 40-a yaxın yaradıcı kompozisiyanın müəllifi olan Güntay Hüseynlinin əsərləri həm klassik heykəltəraşlıq ənənələrinə, həm də müasir sənət axtarışlarına söykənir. 

Digər fotolar
arrow-up