Kateqoriyalar
Sırala
ID 0131179

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Xalq artisti Məbud Məhərrəmov

Azərbaycanın Xalq artisti Məbud Məhərrəmov 12 mart 1957-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib. 2000-ci ildə Məbud Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 

Digər fotolar
arrow-up