Kateqoriyalar
Sırala
ID 0131203

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. O, 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 15 kitabın müəllifidir. Bundan əlavə, jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibi, eyni zamanda Prezident təqaüdçüsüdür. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Professor 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olub.

Digər fotolar
arrow-up