Kateqoriyalar
Sırala
ID 0131227

Bakıda yaşayan latviyalı fud-bloger Aqnesa Svyatska

Latviyalı hüquqşünas Aqnesa Svyatska altı il əvvəl Bakıya köçdükdən sonra həyatı tamamilə dəyişib. O, həyat yoldaşının bakılı olması səbəbilə Azərbaycana gəlməyə qərar versə də, zamanla şəhərin iqlimi, insanların səmimiyyəti və yerli mətbəxin zənginliyi onun seçimində əsas rol oynayıb. Qastronomiyaya olan sevgisi nəticəsində o, rusiyalı rəfiqəsi Anna İvanova ilə birlikdə Bakının kiçik, lakin ruhu olan kafelərini kəşf etməyə başlayıb. Bu kəşfləri paylaşdıqları bloq isə sürətlə məşhurlaşıb. Aqnesa Svyatska hazırda Bakıda tanış olduğu rəfiqəsi ilə paytaxtın müxtəlif kafe və restoranlarından maraqlı bloqlar hazırlayaraq sosial media izləyicilərini günbəgün artırır.

Digər fotolar
arrow-up