#aqnesa svyatska
Aqnesa Svyatska
Aqnesa Svyatska, altı il əvvəl şəxsi səbəblərdən (həyat yoldaşının bakılı olması) Latviyadan Bakıya köçən hüquqşünasdır. Lakin zaman keçdikcə onu bu şəhərdə saxlayan səbəblər Bakının yumşaq iqlimi, yerli əhalinin səmimiyyəti və xüsusilə də zəngin mətbəxi oldu. Qastronomiyaya olan böyük marağı və Bakının kulinariya potensialını kəşf etmək istəyi onun karyerasını dəyişdi.
O, Bakıda tanış olduğu rusiyalı rəfiqəsi Anna İvanova ilə birlikdə şəhərin gizli, lakin ruhu olan kiçik kafelərini araşdırmağa başladı. Bu kəşflərini bölüşmək üçün yaratdıqları bloq qısa zamanda məşhurlaşdı. Hazırda Aqnesa Svyatska aktiv şəkildə Bakının müxtəlif kafe və restoranları haqqında maraqlı və cəlbedici kontentlər hazırlayır, sosial media izləyicilərinin sayını durmadan artırır və Bakı qastronomiyasını təbliğ edir.