Dövlət Turizm Agentliyinin Şəki şəhərinə təşkil etdiyi mediatur
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. Səfər çərçivəsində media mənsubları Şəkidə sənətkarlarla görüşüb, onların iş prosesi ilə yaxından tanış olublar. Şəkinin ənənəvi dulusçuluq sənət növü ilə tanışlıq zamanı isə dulusçu Əhəd Məmmədov media mənsublarına öz emalatxanasında master-klas göstərib, hazırladığı məhsulların çeşidindən, təyinatından danışıb.
Digər fotolar
