Kateqoriyalar
Sırala
ID 0131689

Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisi olan “Azerbaijan Fish Farm” MMC

Neftçala rayonunda ilk dəfə Balıq Festivalı təşkil olunub. Tədbir Neftçala Rayon İcra hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Festival çərçivəsində jurnalistlərin “Azerbaijan Fish Farm” MMC-yə səfəri təşkil olunub. Azərbaycanın balıq sənayesinin ən böyük sərmayəçisi olan “Azerbaijan Fish Farm” MMC-nin layihələri yeni balıqçılıq təsərrüfatlarının yaradılması və ölkənin elmi irsinin dirçəldilməsinə yönəldilib. Şirkət 1954-cü ildən bəri elmi tədqiqatlarla məşğul olan dünyanın ilk nadir nərə balığı təsərrüfatını modernləşdirib. “Azerbaijan Fish Farm” Azərbaycan ərazisində nərə balığının növlərinin, forelin yetişdirilməsi, eləcə də, nərə balığı kürüsü istehsalı üçün müasir texnologiyalardan istifadə edir. 
 

Digər fotolar
arrow-up