#azerbaijan fish farm mmc
Azerbaijan Fish Farm MMC
"Azerbaijan Fish Farm" MMC Azərbaycanın balıqçılıq sənayesinə ən böyük sərmayə qoyan və bu sahədə əsaslı dəyişikliklər edən şirkətdir. Şirkətin layihələri yalnız yeni balıqçılıq təsərrüfatlarının yaradılmasına deyil, həm də ölkənin zəngin elmi irsinin dirçəldilməsinə yönəldilib. Bu çərçivədə, 1954-cü ildən bəri fəaliyyət göstərən, dünyanın ilk nadir nərə balığı təsərrüfatı modernləşdirilib.
"Azerbaijan Fish Farm" öz fəaliyyətində ən yeni texnologiyalardan istifadə edir. Şirkət Azərbaycanda nərə balığının növlərinin, o cümlədən onlardan əldə edilən qara kürünün istehsalı, eləcə də forel balığının yetişdirilməsi üzrə beynəlxalq standartlara uyğun müasir sistemlər tətbiq edir. Bu fəaliyyət ölkənin akvakultura potensialını gücləndirir və beynəlxalq bazarlara çıxışını dəstəkləyir.