Kateqoriyalar
Sırala
ID 0132260

Zəngin kitab fonduna malik AMEA-nın Mərkəzi Elmi Kitabxanası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası 1923-cü ildə Azərbaycanın görkəmli ziyalıları Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Hənəfi Zeynallı və başqalarının təşəbbüsü ilə Biblioqrafik büro kimi fəaliyyətə başlayıb. Rəsmi olaraq yaradılma tarixi isə 1925-ci ildə Kitabxana-Biblioqrafiya bürosunun təsis edilməsi ilə qeydə alınıb. Bu zaman kitabxananın fondunu 430 nüsxə kitab, 1200 nüsxə qiymətli əlyazmalar təşkil edirdi. AMEA Mərkəzi Elmi Kitabxana 1963–1984-cü illərdə Əsaslı Kitabxana adını daşıyıb, 1984-cü ildən isə Mərkəzi Elmi Kitabxana (MEK) adlanır. Azərbaycanda təbiət, texniki və humanitar elmlər üzrə ən iri kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası dünya xalqlarının 50-dən çox dilində 1304686 nüsxəyədək ədəbiyyat saxlayan zəngin və universal kitab fonduna malikdir.

Digər fotolar
arrow-up