Kateqoriyalar
Sırala
ID 0133060

Xızı şəhərində yerləşən 1836-cı ilə aid qədim hamam

Xızı şəhərində, “Köhnə Xızı” adlanan yaşayış məntəqəsində yerləşən hamamın 1836-cı ildə Əbdül adlı şəxs tərəfindən inşa edildiyi ehtimal olunur. Tikili Şərq memarlıq üslubunda, Abşeron hamamlarına oxşar formada çay daşları, qum və gil məhlulundan istifadə edilməklə inşa olunub. Hamam su qızdırıcı soba, isti və soyuq su anbarı, çimmək üçün otaq, istirahət otağı və geyinib-soyunma otaqlarından ibarətdir. Hamamın günbəz hissələrində müxtəlif bəzək elementlərinə rast gəlinir. Abidənin dövlət qeydiyyatına alınması üçün ekspertiza aktı hazırlansa da, tikili hazırda baxımsız vəziyyətdədir.

Digər fotolar
arrow-up