Kateqoriyalar
Sırala
ID 0133097

Bakı Beynəlxalq Dəniz Limanına təşkil olunan mediatur

Dekabrın 18-də "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Bakı Beynəlxalq Dəniz Limanına mediatur təşkil olunub. Mediatur zamanı qeyd edilib ki, cari ilin 11 ayı ərzində Bakı Limanı vasitəsilə 7 milyon 547 min ton yük aşırılıb. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisinin ilk dəfə olaraq 100 000 TEU səviyyəsinə çatdığı bildirilib. Qeyd olunub ki, dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb. Bu ilin sentyabrında Bakı limanında bir sıra qurumların və ekspeditor şirkətlərinin birgə işlədiyi Vahid Keçid Mərkəzinin fəaliyyəti də limanda əməliyyatların daha çevik icrasına və yükaşırma göstəricilərinin davamlı artmasına dəstək verir.

Digər fotolar
arrow-up