Kateqoriyalar
Sırala
ID 0133140

“Şahdağ” Turizm Mərkəzinə təşkil edilən mediatur

Qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib. Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, o cümlədən kompleksdə aparılan işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Tədbir çərçivəsində media nümayəndələrinə “Şahdağ” Turizm Mərkəzinin 2025-ci il üzrə fəaliyyətinə dair video-təqdimat nümayiş olunub, kompleksdə həyata keçirilən yenidənqurma və infrastruktur işləri haqqında məlumat verilib.

Digər fotolar
arrow-up